WE SERVE YOU !

Mon-Sat: 09:30 - 19:30

24/7 Support

Write To Us

info@asmco.az

Call Today (+99412) 464 35 40

АZ1000, Baki, I.Dadashov 57

Services

tire installation 800x500-1

Satış sonrası servis xidmətləri

ASM Təkər Aləmi müştərilərə təkər satışından başqa bir sıra satış sonrası xidmətlər də təklif edir:

Təkərlərin montajı xidməti — köhnə təkər diskdən çıxarılması (demontaj) və yeni təkərə diskə quraşdırılması (montaj) prosesidir. Təkərlər avtomobilin ən intensiv hərəkətdə olan və ətraf mühitin təsirlərinə ən çox məruz qalan hissəsidir. Onların yanlış montajı təkərlərin vaxtından əvvəl və qeyri-bərabər aşınmasına, bəzi hallarda hətta yol-nəqliyyat qəzalarına da səbəb ola bilər. Buna görə də şin montajı xidmətini mütləq şəkildə güvənli, zəruri avadanlıqlarla təchiz olunmuş servis mərkəzlərinə etibar etmək lazımdır.

balancing

Təkərlərin balans edilməsi

Təkərlərin balans edilməsi — təkərlər arasında mövcud olan disbalansın səviyyəsinin arzuolunan minimuma endirilməsi prosesidir. Şin montajı xidmətinin davamınca dərhal yeni quraşdırılmış təkərlərin balans edilməsi icra olunmalıdır. Təkərlərin balans edilməsi üçün də peşəkar avadanlıqlar və işçi heyətin olması vacib şərtdir.
1 iL ÖDƏNİŞSİZ SERVİS XİDMƏTİ — təkərlərin hər 10 min km-dən sonra yer dəyişməsi və 20 min km-dən sonra yer dəyişmə və balansı ASM Təkər Aləmi servislərində ödənişsiz həyata keçirilir.